AZ

Dünya zənginlərinin sərvəti artıb: Siyahıda azərbaycanlı da var

Dünyanın ən zəngin insanları 2015-ci ildən bəri 33,9 trilyon dollar qazanıblar.

Publika.az xəbər verir ki, bu barədə "Oxfam" məlumat yayıb.

Bildirilir ki, son on ildə dünyanın üç min milyarderinin sərvəti 6,5 trilyon dollar artaraq qlobal ÜDM-in 14,6 faizini təşkil edib. 1995-ci ildən 2023-cü ilə qədər şəxsi kapital 342 trilyon dollar artıb - bu dövlət aktivlərindən səkkiz dəfə çoxdur (onların artımı 44 trilyon dollar olub).

Zənginlərin sərvətləri artdığı halda, ən kasıb ölkələrin yarıdan çoxu (60 faiz) borc böhranı astanasındadır və səhiyyə və təhsildən daha çox borclarını qaytarmağa pul sərf edirlər. Eyni zamanda, özəl kreditorlar restrukturizasiyadan imtina edərək və sərt şərtlər qoyaraq vəziyyəti daha da pisləşdirirlər.

Bildirilir ki, 2025-ci ilin əvvəlindən Rusiyadan olan ən zəngin sahibkarların ümumi sərvəti 22,5 milyard dollar artıb. Dünyanın ən zəngin 500 adamından 22-si Rusiyadandır. Norilsk Nikel şirkətinin sahibi Vladimir Potanin ilin əvvəlindən ən çox qazanıb. Onun sərvəti 31,7 milyard dollardır. “Metalloinvest” in səhmdarı Əlişir Usmanov 3,7 milyard dollar zənginləşib, indi onun kapitalı 16,9 milyard dollardır. “Lukoyl” un ortaq sahibi Vahid Ələkbərov ilin əvvəlindən sərvətini 561 milyon dollar artıraraq 25,9 milyard dollara çatdırıb.

Seçilən
9
publika.az

1Mənbələr