AZ

Qeybət etməyin faydaları və fəlsəfəsi Orxan Saffari yazır…

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Əlbəttə, “qeybət” anlayışı hamı tərəfindən pislənilir, ancaq etiraf etməkdə fayda var. Ki, hamı necəsə, hansısa formada qeybət edir.

Bəs nədir qeybət?

Bəlkə, bu psixoloji hala verilən “qeybət” adının özü kobud səslənir, əslində isə pis heç nə yoxdur?

Qeybətin hansı psixoloji, fəlsəfi tərəfləri var?

Xüsusi ilə bizim kimi cəmiyyətlərdə qeybət sözü əksər hallarda qadınlarla yanaşı çəkilir. Əlbəttə, bunun önə çıxmasının bir səbəbi də müxtəlif cəmiyyətlərdə qadına olan müxtəlif yanaşmalardır.

Tarixən qadın qərar verən yox, şərh edən olub, gücü əlindən alınıb deyə, güc haqqında danışıb, kütləviləşib və beləliklə, bu, həm də cinsə-qadın cinsinə aid edilib.

Qeybət hər şeydən əvvəl sosial amildir və sosial olan, olmaq istəyən hər kəs bunu etməlidir. Bu, bir növ təbii ehiyacdır.

Pis mənada qeybət edən insan hər şeydən əvvəl öz natamamlığını gizlədir, “Görürsən, o da belədir” ritorikasını göstərir. Yəni, qeybət həm də bir müdafiə instikdidir.

Qeybət emosionallıqdır və “tərəf müqabilinlə” aradakı yaxınlığı, bağı göstərir, iki insan arasındakı yaxınlıqdan əlavə fayda verir.

Ümumiyyətlə, insan təbiəti yad informasiyaya maraqlıdır. Xüsusi ilə bu informasiya şou xarakterlidirsə.

İnsan zəkasından asılı olmayaraq, başqa insanlar, onların şəxsi həyatları haqqında məlumat əldə etməyə çalışır. Çünki gizlilik, məhrəmlilik həmişə maraqlı olur.

“Şəxsi həyat toxunulmazlığı” bir qadağdır, insan da bu qadağaya təbiətcə qarşı olan varlıq, “Olmazlara meylim var” fəlsəfəsi.

İnsan təbiətcə hekayə danışmağı da sevir. Qeybət, bu mənada həm də yaradıcılıqdır, hekayə danışmaqdır, bəzən uydurmaq, şou göstərməkdir.

Qeybət həm də ictimai nəzarətdir, bir növ qeybət edən insanlar əxlaq polisidir. Əlbəttə, xeyli insan bir çox əməli haqqında qeybətlər olacaq deyə etməkdən çəkinir.

Sosioloq Robin Dunbar dediyi kimi: “Qeybət insan cəmiyyətində sosial davranış qaydalarını müəyyənləşdirmək və qorumaq funksiyası daşıyır. Kim nə edib? Nə düzgündür, nə yox?”

Kiminsə haqqında danışmaq bir qədər natamamlıq olduğu kimi, haqqında danışılmaqdan qorxmaq da natamamlıqdır və bunun elmi adı həm də sosial nəzarətdir.

Müxtəlif fəlsəfi məktəblərdə, düşüncələrdə də qeybətə fərqli şərhlər var. Məsələn, Kanta görə qeybət insan ləyaqətinə ziddir, çünki bu, başqasından istifadə etməkdir, onu hansısa çirkin məsələdə alət etməyə çalışmaqdır.

Soktara görə isə məsələ başqadır. Daha dəqiq, qeybət zamanı fikir verməli olunan məqamlar var:

Deyilən qeybət, söz doğrudurmu, xeyirlidirmi və ən əsası, lazımlıdırmı?

Əgər bu suallara müsbət cavab varsa, Sokrat özü də qeybət tərəfdarıdır.

Qeybət həm də siyasi mübarizədir. Doğrudur, əksər hallarda zəiflik əlaməti ola bilər, ancaq bəzən rəqibi mənəvi olaraq çökdürməyin yolu kütləvi qeybətdən keçir.

İnsan düşüncəsində daim başqaları ilə müqayisə mexanizmi olur. Qeybət həm də özünə daha çox dəyər verməkdir, “mən kiməm, o kimdir?” psixozudur.

Qeybət təkcə müsbət haqqında mənfi danışmaq deyil, qeybət eyni zamanda da “Gücüm buna çatır” deməkdir, ədalətsizliyə səssiz qalmamaqdır, məlumat ötürmək, məna vermək, tanıtmaqdır. Məsələn, harımlamış bir müdir, diktatorua iş yeri haqqında başqa yerlərdə danışaraq xəbər verməkdir, içini boşaltmaqdır, müqavimət instikdidir.

Qeybət anlayışında bəzən böyük həqiqətlər gizlənir. Çünki bəzi şeyləri ancaq qeybət vasitəsi ilə demək mümkündür.

Qeybət adı verilən, kobudlaşdırılan bu nəsnə, həm də tarixi əhəmiyyətlidir. Məsələn, xalq arasında olan gizli qəhrəmanlığı çatdırmağın bundan yaxşı yolu varmı?

Əksər rəsmi məsələlər əvvəlcə qeybətdən keçir. Qeybət eyni zamanda hiss etdiyi bildirməkdir, bir növ sərhədsiz azadlıqdır.

Qeybət əksər hallarda natamam adamlar üçün narahatlıq yaradır, qeybətdən qorxmaq zəiflik göstəricisi ola bilir, maskanın cırıla biləcəyindən ehtiyat mexanizmidir.

Siyasi olaraq desək, qeybət kədərdir, qeybət çayxana, qapıağzı faktıdır-azadlığın olmamasıdır.

Qeybətə qarşı çıxmaz, azadlığa qarşı çıxmaqdır.

Qeybət həm də gücsüz insanın güc nümayişidir. Haqqı yoxdurmu?

Xülasə, qeybət insan təbiətinə ən doğma, ən real hissdir, ancaq eyni zamanda təhlükəli ola bilir.

Fəlsəfədə bunun etika, sosial və.s. tərəfləri olsa da, insanın istənilən halda danışmaq ehtiyacı var.

Bəlkə də, formul belə olmalıdır:

Qeybət etmək olar, amma nəyi, necə, kimlə və nə üçün?

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr