AZ

Tokio İran zərbələrini atom bombası ilə müqayisə edən Trampa cavab verdi

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi İranın nüvə obyektlərinə endirilən zərbələri İkinci Dünya müharibəsinin sonunda Xirosima və Naqasakinin bombalanması ilə müqayisə edən ABŞ prezidenti Donald Trampın bəyanatına münasibət bildirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya ABŞ liderinə cavab olaraq vurğulayıb ki, son hadisələrə qiymət ekspert icmasının nümayəndələri tərəfindən verilməlidir.

“Biz Donald Trampın bəyanatlardan xəbərdarıq. Hadisələrin bu cür qiymətləndirilməsi ilə bağlı fikrimizə gəlincə, ümumiyyətlə, hesab edirik ki, müəyyən tarixi hadisələrin necə qiymətləndirilməsi ilə bağlı müzakirələr ekspertlər tərəfindən aparılmalıdır”, - deyə Hayaşi yekunlaşdırıb.

Qeyd edək ki, Tramp daha əvvəl Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin nüvə bombalanmasının İkinci Dünya Müharibəsinə son qoyduğunu deyib, prezident bu iddianı İranın nüvə obyektlərinə edilən son zərbələrə misal olaraq göstərib.

Seçilən
5
publika.az

1Mənbələr