AZ

Gənc futbolçu əməliyyat masasında öldü

Argentinanın "San-Telmo" klubunun 18 yaşlı futbolçusu Kamilo Nuin dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Argentina 2-ci divizion təmsilçisi rəsmi saytında məlumat yayıb.

Gənc yarımmüdafiəçi iyunun 25-də dizindəki zədə, menisk və ön çarpaz bağların bərpası üçün keçirilən əməliyyat zamanı vəfat edib. Əməliyyatın detalları və ölüm səbəbi barədə klub və yerli hakimiyyət orqanları hələlik açıqlama verməyib. Argentina mediası bildirir ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır və yaxın günlərdə əlavə məlumatların açıqlanacağı gözlənilir.

Kamilo Nuin 2022-ci ildə “San-Telmo”ya qoşulmuşdu. O, bundan əvvəl “Boka Xuniors” və “İndependyente” akademiyalarında çıxış edib.

Seçilən
30
publika.az

1Mənbələr