AZ

Aşot Paşinyan atasına qarşı çıxan sepearatçıları “alçaq” adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan bu gün həyata keçirilmiş kütləvi həbslərlə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.

Onun sözlərinə görə. bu gün baş verənlərə adekvat cavab vermək mümkün deyil:

“Ermənistan heç vaxt bu miqyasda bir cinayət görməyib və çox güman ki, heç vaxt da görməyəcək”.

Aşot Paşinyan qeyd edib ki, hibrid müharibə təkcə mövcud deyil, həm də bu müharibəni başladanların düşüncə tərzini sağlam təxəyyülün təsəvvür etməsi mümkün deyil:

“Təsəvvür etmək çətindir ki, istənilən insan təkcə bu cür şeyləri düşünmür, eyni zamanda bunu ciddi şəkildə planlaşdırır və ona hazırlaşır.

Alçaqlar! Ermənistanda cəmiyyət, dövlət – hamı buna adekvat reaksiya verməlidir. Ölkədə hansı siyasi debatların keçiriləcəyi isə artıq sizin probleminiz deyil. Belə adamların Ermənistanın ictimai həyatında yeri olmamalıdır. Buna başqa adekvat cavab yoxdur”.

Xəbər verdiyimiz kimi, bu gün İrəvan məhkəməsi 16 separatçını 2 ay müddətinə həbs edib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
3
konkret.az

1Mənbələr