Bakı. Trend:
Güc strukturları əməkdaşları erməni dövlətçiliyinin, habeləErmənistanın təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cinayətinüstünü açıblar və onlara buna görə dövlət mükafatı ilə təltfiolunmalıdırlar.
Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri NikolPaşinyan canlı yayım zaman bildirib.
“Dövlətçiliyimizə, təhlükəsizliyimizə və Ermənistanınsabitliyinə qarşı yönəlmiş cinayət ifşa olunub. Təbii ki, bu planınhəyata keçirilməsinin qarşısı alınıb. Hüquq-mühafizə orqanlarımızınbütün əməkdaşlarına təşəkkürümü bildirirəm”, – deyə Ermənistanınbaş naziri bildirib.
O, Ermənistan prezidenti ilə hüquq-mühafizə orqanlarının buplanın ifşasında fəal iştirak etmiş əməkdaşlarının dövlətmükafatlarına təqdim edilməsi məsələsini müzakirə etdiyini qeydedib.
Paşinyanın sözlərinə görə, baş verən hadisə ilə bağlı kifayətqədər geniş material dərc olunub və onun buna əlavə edəcəyi heç nəyoxdur. Ermənistan baş naziri effektiv istintaqın aparılacağına vəcəmiyyətin onun nəticələr barədə lazımi qaydadaməlumatlandırılacağına əminlik ifadə edib.