AZ

"Olimpik Lion"u Liqa 1-də əvəz edəcək komanda müəyyənləşdi

Yarım milyard borcu olduğuna görə Fransa Liqa 1-dən aşağı liqaya göndərilən "Olimpik Lion"u əvəz edə biləcək klubun adı açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Liqa 2-yə düşən lionlunları Fransa çempionatında ötən mövsümü 16-cı pillədə başa vuran və pley-offda “Mets”ə uduzan “Reyms” əvəzləyə bilər. "Reyms" artıq maliyyə tənzimləyicisinin yoxlamasından keçib və növbəti mövsüm üçün 25-30 milyon avroya endirilən büdcəni təqdim edib. Əvvəlki hədd 60 milyon avro civarında idi. Bununla belə, Liqa 1-ə qəbul olunacağı təqdirdə klub yenidən büdcənin təsdiqi prosedurundan keçməli olacaq. 

"Olimpik Lion" Rayan Çerkinin "Mançester Siti"yə satışından bonuslar daxil olmaqla, 35 milyon avro qazanıb. Bundan əlavə, yeddiqat Fransa çempionu Liqa 1-də altıncı yeri tutaraq UEFA Avropa Liqasına vəsiqə qazanıb. Fransa nəhəngi  hazırda bu qərardan apellyasiya şikayəti verməyə hazırlaşır və bunun üçün 7 gün vaxtı var.

Mirağa

Seçilən
35
26
fanat.az

10Mənbələr