Bakı. Trend:
Azərbaycanda növbəti 5 ildə quraşdırılmış gücdə bərpa olunanenerji payınının 38%-ə, 2035-ci ildə isə təxminən 43%-ə çatdırmaqüçün külək və günəş stansiyalarının tikintisi nəzərdə tutulur.
Trend xəbərverir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ÇininNinqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT)energetika nazirlərinin iclasının açılış mərasimində və “Sənayeinnovasiyası dayanıqlı enerji inkişafının hərəkətverici qüvvəsidir”adlı forumda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Çinlə tərəfdaşlıq Xəzər dənizinin 157 QVt-lıqkülək enerjisi potensialı və Mərkəzi Asiyanın “yaşıl enerji”resurslarına əsaslanan “yaşıl enerji dəhlizləri”ninreallaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır:“Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi -“Transxəzər Yaşıl Enerji Dəhlizi” “Xəzər-Qara dəniz-Avropa” və“Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri vəinterkonnektorları ilə inteqrasiya edilməklə, Asiya ilə Avropaarasında yerləşən “Orta Dəhliz” boyunca bərpa olunan enerjiningenişmiqyaslı və fasiləsiz ötürülməsinə imkan yaradacaq. “Yaşılenerji” interkonnektorları coğrafi baxımdan qeyri-bərabər paylanmışvə təbiəti etibarilə dəyişkən olan günəş və külək enerjisininehtiyac olan regionlara çatdırılmasına, bərpa olunan enerjininsəmərəli istifadəsinə və enerji sistemləri arasında qarşılıqlıdayanıqlığın təmininə xidmət edən kritik infrastrukturelementləridir. Bu kontekstdə regionlararası inteqrasiya ŞƏTölkələrindən Azərbaycana, buradan isə Türkiyə və Avropa bazarlarına“yaşıl enerji”nin ötürülməsi üçün əsas vasitəyə çevriləcəkdir. Buəməkdaşlıq Çin üçün texnologiya transferi və investisiyaimkanlarının genişlənməsi ilə yanaşı, “Yaşıl İpək Yolu” təşəbbüsünüvə ŞƏT-in enerji gündəliyini praktik nəticələrlə dəstəkləyənplatforma olacaqdır”.
Nazir, həmçinin enerji təhlükəsizliyi, iqlim öhdəlikləri vəiqtisadi davamlılıq kimi çağırışlarla dərin transformasiyamərhələsində olan qlobal enerji sektorunda innovasiyaların rolunadair fikirlərini bölüşüb. Azərbaycanın “yaşıl enerji zonaları”modeli, növbəti 5 ildə quraşdırılmış gücdə bərpa olunan enerjininpayını 38%-ə, 2035-ci ildə isə təxminən 43%-ə çatdırmaq üçün küləkvə günəş stansiyalarının tikintisi, dənizdə külək enerjisininistifadəsi, həmçinin interkonnektorlar layihələrinin məhzinnovasiyalara əsaslandığı diqqətə çatdırılıb.