"Onlar bütün hədləri aşıblar, hökumət "Elektrik Şəbəkələri"nin idarəsini öz üzərinə götürəcək".
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Paşinyanın sözlərinə görə, dünən “Homeplex” hipermarketinin açılış mərasimində iştirakı zamanı həmin anda ticarət mərkəzində elektrik enerjisi kəsilib.
"Təsəvvür edin insanlar 70 milyon dollar sərmayə qoyub, lakin normal bir açılış mərasimi belə keçirə bilmirlər".
Musavat.com