AZ

NATO sammitində Tramp ritorikası: ABŞ prezidenti nədən qaçmaq istəyirdi?

ABŞ prezidenti Donald Tramp NATO-nun qapalı iclasında öz ritorikasını diqqətlə qiymətləndirib və çıxışında birbaşa Rusiyadan bəhs etməyib.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbəyə istinadən yazıb.

Agentliyin mənbəsi qeyd edib ki, yekun kommünikedə Rusiya ilə bağlı ritorika diqqətlə yoxlanılıb.

"Bəzi ölkələr bunu təcavüzkar adlandırmaq istəyib, bu da nəticə verməyəcək. Tramp çıxışında birbaşa Rusiyadan bəhs etməyib", - nəşr yazır.

Agentlik qeyd edir ki, Ağ Ev rəhbərinin yanaşması onu deməyə əsas verir ki, Tramp Ukrayna münaqişəsində əsasən “əllərini yuyub” və atəşkəs əldə etmək cəhdlərindən əl çəkib.

Seçilən
0
publika.az

1Mənbələr