Braziliyada futbol matçı zamanı hakim birbaşa meydanda polis tərəfindən həbs olunub
Publika.az xəbər verir ki, o, əli qandallı şəkildə futbolçuların və azarkeşlərin gözləri önündə aparılıb.
38 yaşlı Ederson Karlos da Silva narkoticarətlə əlaqədə ittiham olunur. Onun həbsi bazar günü Qaruja şəhərində keçirilən həvəskar futbol matçı zamanı baş verib. Hadisədən az öncə Silva bir oyunçuya sarı vərəqə göstərmək üçün ona yaxınlaşmışdı. O, kənara çevrilən anda gülləkeçirməz jiletlər geyinmiş polis əməkdaşları meydançaya daxil olub və onu saxlayıblar.
Bu həbslə Braziliyanın San-Paulu bölgəsindəki narkotik ticarəti şəbəkəsinə dair aparılan istintaq çərçivəsində mühüm addım atılıb. Həmin şəbəkə 2024-cü ilin noyabrında San-Paulo şəhərində 450 kiloqram kokain daşıyan yük maşınının saxlanmasından sonra hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmişdi.