AZ

"Transxəzər Yaşıl Enerji Dəhlizi"nin strateji əhəmiyyəti müzakirə edildi

BAKI, 26 iyun. TELEQRAF

Energetika naziri Pərviz Şahbazov Çinin Ninqbo şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin iclasının açılış mərasimində və Enerji Forumunda iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycanın təşkilatla əməkdaşlığının inkişafında Çin və Mərkəzi Asiya ölkələri ilə həyata keçirilən yaşıl enerji layihələrinin, xüsusilə Yaşıl İpək Yolu təşəbbüsü və ŞƏT-in enerji gündəliyini dəstəkləyən “Transxəzər Yaşıl Enerji Dəhlizi”nin strateji əhəmiyyətini diqqətə çatdırdıq", - nazir qeyd edib.

Seçilən
6
teleqraf.com

1Mənbələr