Daşkəsəndə ordumuzun hərbçisi vəfat edib.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Zaqatala rayonundan olan gizir 1986-cı il təvəllüdlü Sadiq Əsgərov “Ural” markalı hərbi nəqliyyat vasitəsinin altında qalaraq həyatını itirib.
Mərhumun Zaqatalanın Qımır kəndindən olduğu və 3 övladının qaldığı bildirilib.
Allah rəhmət eləsin!