AZ

FIFA Klub Dünya Kuboku: Daha 4 komanda 1/8 finalda!

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, ötən gecə qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçirilib.

İki qrup çərçivəsində bütövlükdə dörd qarşılaşma baş tutub və pley-offa vəsiqə qazanmış komandalar müəyyənləşiblər.

E qrupunda Milan “İnter”i “River Pleyt”i 2 cavabsız qolla üstələyib. “Monterrey” isə “Urava Red Daymonds” üzərində darmadağına sevinib.

Bu nəticələrdən sonra “İnter” qrup lideri, “Monterrey” də qrup ikincisi kimi pley-offa vəsiqə qazanıblar. Digər iki komanda isə mübarizəni dayandırıb.

F qrupu çərçivəsində “Mamelodi Sandauns”la “Fluminense” arasındakı oyunda qapılara qol vurulmayıb. Dortmund “Borussiya”sı isə “Ulsan HD” üzərində qələbəyə sevinib.

Nəticədə “Borussiya” və “Fluminense” pley-offa vəsiqə qazanıblar.

FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək. Qrup mərhələsinə bu gün yekun vurulacaq. Gecə G qrupu çərçivəsində “Yuventus” – “Mançester Siti”, “Vidad” – “Əl-Əyn” görüşləri baş tutacaq. H qrupunda isə “Zalsburq” “Real”la, “Əl-Hilal” “Paçuka” ilə qarşılaşacaq.

Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 3-cü tur

E qrupu

İnter (İtaliya) – River Pleyt (Argentina) 2:0
Qollar: Espozito, 72. Bastoni, 90+3.

Urava Red Daymonds (Yaponiya) – Monterrey (Meksika) 0:4
Qollar: Deossa, 30. Berterame, 34; 90+7. Korona, 39.

Xallar: İnter – 7. Monterrey – 5. River Pleyt – 4. Urava Red Daymonds – 0.

F qrupu

Mamelodi Sandauns (CAR) – Fluminense 0:0

Borussiya (Dortmund, Almaniya) – Ulsan HD (Cənubi Koreya) 1:0
Qol: Svensson, 36.

Xallar: Borussiya – 7. Fluminense – 5. Mamelodi Sandauns – 4. Ulsan HD – 0.

Seçilən
2
arena.az

1Mənbələr