"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri müəyyənləşib.
QOL.az xəbər verir ki, belaruslü mütəxəssis Rusiyada çalışacaq.
O, 2-ci liqa təmsilçisi "Leninqradets"lə anlaşıb. Klub Baqa ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, A.Baqa 2021/2022 mövsümündə "Sumqayıt"ın baş məşqçisi olub və uğursuz nəticələrdən sonra istefaya göndərilib.