Məhkəmə “Müqəddəs mübarizə” hərəkatının liderinin həbsi ilə bağlı vəsatəti təmin edib. Arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətinə həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məhkəmə Qarabağdan qovulan separatçı David Qalstanyan, arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi Movses Şarbatyan, bloger Armen Aleksanyan və ehtiyatda olan polkovnik Miqran Maxsudyanın da iki aylıq həbs-qətimkan tədbiri seçilməsinə dair vəsatəti təmin edib.
Ümumilikdə 16 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.
Qeyd edək ki, ötən gün Ermənistan hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və Daşnaksütyun Partiyası üzvlərinin evlərində axtarışlar aparıb. Ermənistan İstintaq Komitəsi Keşiş Baqratı və digərlərini hakimiyyəti zorla ələ keçirmə cəhdində, o cümlədən teraktlar hazırlamaqda ittiham edir.