AZ

Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ

Ermənistanda terror yolu ilə hakimiyyət çevrilişinə cəhddə suçlanan keşiş Baqrat Qalstanyan həbs olunub.
Ermənistan hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Müqəddəs mübarizə" təşkilatı və "Daşnaksütyun" partiyası hakimiyyət çevrilişinə cəhd göstərib.
Faktla əlaqədar 16 nəfər həbs edilən var. 
Baş nazir Nikol Paşinyan çeviriliş cəhdlərinin qarşısının qətiyyətlə alnıcağını bəyan edib.

"Rusiya Paşinyana qarşı problem yaradır"

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, baş verənlər Rusiyanın Paşinyana qarşı yaratdığı növbəti problemlərdir:

“Keşiş də Rusiyanın agentura şəbəkəsinin üzvlərindən biridir. Ancaq orada keşişdən daha böyükləri - Robert Köçəryan, Serj Sarksiyan var. Onlar 40 ildən çoxdur ki, Rusiyanın agentura şəbəkələrinə xidmət edirlər. Bu gün onların Ermənistanda törətdikləri fitnə-fəsadı keşişlər qruplaşma şəklində törədirlər. Keşişdən böyük onlardır. Hesab edirəm ki, baş nazir Nikol Paşinyan bu məsələdə düzgün mövqe tutub. Daha da kəskin, daha da ciddi hərəkətlər etməlidir”.

"Paşinyan təhlükəsziliyi üçün bu adamları Azərbaycana təhvil verməlidir"

Deputat vurğulayıb ki, Paşinyan hakimiyyətini qoruyub saxlamaq üçün ona qarşı sui-qəsdlərdən qorunmaq, dövlət çevrilişlərinin qarşısını almaq üçün tədbir görməlidir:

“Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi "Qarabağ klanı" və onun rəhbələri olan Robert Köçəryan, Serj Sarksiyan - onların ətrafında kimlər varsa, hamısı hərbi canilərdir. Onlar Azərbaycan dövlətinə, xalqına qarşı saysız-hesabsız cinayətlər törətmiş şəxslər kimi rəsmi Bakıya təhvil verilməlidirlər. Paşinyan çəkinmədən, qorxmadan bu kəskin addımları atmalıdır ki, hakimiyyətini qoruyub saxlaya, özünü və ailəsinin təhlükəsizliyini təmin edə bilsin. Əks təqdirdə, adını çəkdiyim və çəkmədiyim cinayətkarlar nə qədər ki Ermənistanda mövcuddurlar , onlar sakitliyə, dincliyə, Azərbaycanla sülh sazişinin imzalanmasına imkan verməyəcəklər. Həmişə özlərinin revanşist çağırışları ilə meydanlarda olacaqlar. Onlar quldurluqla, cinayətlə var-dövlət qazanıblar. Hesab edirəm ki, Paşinyan bu istiqamətdə mütləq tədbirlər görməlidir. Əks təqdirdə, onlar Paşinyan, eyni zamanda Ermənistan dövləti üçün böyük problemlər yaradacaqlar”.

Seçilən
12
2
modern.az

3Mənbələr