Rusiya Prezidenti Vladimir Putin Belarusa ikigünlük səfər edəcək.
News24.az TASS-a istinadən xəbər verir ki, Kreml rəhbəri Avrasiya İqtisadi Forumunun iclasında iştirak edəcək.
Bu, Avrasiya İqtisadi İttifaqının (Aİİ) 2025-ci ildə ən yüksək səviyyədə ilk tədbiri olacaq.