AZ

Tovuzda dönərdən zəhərlənənlər evə buraxıldı

Tovuz rayonunda dönərdən zəhərlənərək xəstəxanaya daxil olan şəxslər evə buraxılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dünən "022 Dönər evi"ndən dönər alıb yeyən 36 nəfər zəhərlənmə diaqnozu ilə tibb müəsisəsinə müraciət edib:

"Onlara lazımı ilkin tibbi yardım göstərilib. əziyyətləri yaxşı olduğundan stasionar müalicəyə ehtiyac qalmayıb. Onlar evə buraxılıblar” deyə xəstəxanadan bildiriblər.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri "022 Dönər evi" iaşə müəssisəsindəki qida məhsullarından nümunələr götürərək laborator müayinələrə cəlb ediblər.

Dönər evinin fəaliyyəti məhdudlaşdırılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
9
10
bizim.media

10Mənbələr