İran daha 26 nəfəri İsrailin xeyrinə casusluq ittihamı ilə həbs edib.
Operativ Media xəbər verir ki, bu barədə Fars Agentliyi məlumat yayıb.
Məlumata görə, iyunun 13-də İran-İsrail münaqişəsi başlayandan bəri ölkədə İsrail kəşfiyyat xidmətləri ilə əlaqədə olan 700-ə yaxın adam həbs edilib.
Onların bir neçəsi artıq edam edilib.