KƏLBƏCƏR, 26 iyun. TELEQRAF
Kəlbəcər rayonunda bir nəfərin ölümü ilə nəticələnəm yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev rayon ərazisində idarə etdiyi "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə maşınçaya aşıb. Qəza zamanı sürücü
O.Mustafayev hadisə yerində ölüb.Məlumat üçün bildirək ki, sürücüKəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində sürücü işləyirdi.
Faktla bağlı araşdırma aparılır.