2025-ci il Klublararası Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunun daha bir oyun günü başa çatıb.
90deqiqe.Az xəbər verir ki, bundan sonra iki yeni cütü təşkil edən yarışların pley-off mərhələsinin 1/8 final mərhələsinin daha dörd iştirakçısı məlum olub.
E qrupunun lideri İtaliyanın "İnter"i turnirin növbəti turunda F qrupunun ikinci komandası Braziliyanın "Fluminense" klubu ilə qarşılaşacaq.
E qrupunda ikinci yeri tutan "Monterrey" 1/8 finalda F qrupunun qalibi Almaniyanın Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.
Qeyd edək ki, mundialın pley-off mərhələsinin daha dörd cütü əvvəllər məlum idi: "Palmeyras" - "Botafoqo", "Benfika" - "Çelsi", PSJ - "İnter Mayami" və "Flamenqo" - "Bavariya".
Əlavə edək ki, iyunun 27-də ABŞ-da qalan pley-off cütlərini müəyyən edəcək turnirin qrup mərhələsinə yekun vurulacaq.