AZ

Qəzzada son sutkada 79 nəfər həlak olub

İsrail Müdafiə Qüvvələrinin əməliyyatları nəticəsində son 24 saat ərzində Qəzza zolağında 80-ə yaxın insan həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Kanalın verdiyi məlumata görə, İsrailin son 24 saat ərzində sektor boyunca həyata keçirdiyi hücumlarda 79 nəfər ölüb, 400-ə yaxın adam yaralanıb.
İordan çayının qərb sahilində Ramallahın şimal-şərqində yerləşən Kafr Malek kəndinə israilli mühacirlər tərəfindən hücum zamanı 3 fələstinlinin öldüyü, bir neçəsinin isə yaralandığı da bildirilir.

Seçilən
12
ucnoqta.az

1Mənbələr