AZ

Üç yaşlı uşağı elan saytında satışa qoydular: "Çox yemir..."

Naməlum şəxslər üç yaşlı uşağı elanlar saytında satmağa cəhd edib.

Publika.az xəbər verir ki, hadisə Özbəkistanda baş verib.

Mediada yayılan xəbərlərə görə, elan müəllifi üç yaşlı uşağı təsvir edərkən onun sağlam olduğunu, həmçinin "çox yemədiyini" qeyd edib.

Uşaq üçün 150 min Özbəkistan sumu (təxminən 20 manat) tələb olunub.

Məlumat ictimaiyyətin diqqətini cəlb etdikdən sonra elan silinib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məsələni araşdırır.

Seçilən
10
publika.az

1Mənbələr