AZ

Klublararası dünya çempionatı: “River Pleyt” qrupda qaldı

BAKI. 26 iyun. TELEQRAF

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında E qrupunda mübarizəyə yekun vurulub.

Teleqraf xəbər verir ki, III turun oyunları nəticəsində İtaliyanın "İnter" (Milan) və Meksikanın "Monterrey" klubları 1/8 finala yüksəlib.

"İnter" Argentinanın “River Pleyt” klubuna 2:0 hesabı ilə qalib gəlib. Oyunda hesabı 72-ci dəqiqədə Françesko Esposito açıb, Alessandro Bastoni isə 90+3-cü dəqiqədə yekun nəticəni müəyyən edib.

"Monterrey" isə Yaponiyanın "Urava Red Daymonds"u məğlub edib - 3:0. Hesabı 30-cu dəqiqədə Nelson Deossa açıb. 36-cı dəqiqədə German Berterame fərqi 2 topa çatdırıb. 39-cu dəqiqədə Jesus Korona yekun nəticəni müəyyən edib.

Nəticədə xalını 7-yə çatdıran "İnter" liderliyə yüksəlib. 5 xala malik "Monterrey" isə qrupu ikinci pillədə tamamlayıb.

4 xalı olan "River Pleyt" və xalsız " Urava Red Daymonds" qrupda qalıb.

Seçilən
34
48
teleqraf.com

10Mənbələr