AZ

Əfsanəvi hücumçu A seriyası klubuna rəhbərlik edəcək

“Cenoa”nın sabiq çalışdırıcısı Alberto Cilardino “Piza”nın məşqçisi təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Sira məlumat verib.

Mütəxəssis iki illik müqavilə imzalayıb – 2027-ci ilin yayına qədə. Müqaviləyə daha bir il uzatmaq variantı daxildir. Onun maaşı ildə 1 milyon avro olacaq.

Bu postda Alberto ötən mövsüm komandada çalışmış və 34 ildə ilk dəfə komandanı A Seriyasına çıxarmış Filippo İndzaqini əvəz edəcək.

Seçilən
15
2
publika.az

3Mənbələr