AZ

Liverpuldan Leverkuzenə yollanacaq

“Bayer-04” “Liverpul”un mərkəz müdafiəçisi Carrell Kuansa ilə anlaşıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Leverkuzen klubu 22 yaşlı oyunçunn transferi üçün 30 milyon funt sterlinq təzminat və 5 milyon funt sterlinq bonus ödəyəcək. Carrell ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq. “Liverpul” rəhbərliyi razılaşmaya gerialma ilə bağlı bənd də əlavə edib.

Kuansa son mövsümdə “Liverpul”un heyətində 25 oyuna çıxıb. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi.

Seçilən
10
1
football-plus.az

2Mənbələr