AZ

Tovuzda zəhərlənənlərin sayı 28-ə ÇATDI - YENİLƏNİB

Tovuzda qidadan zəhərlənənlərin sayı 28 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə ovuz Rayon Mərkəzi Xəstəxanasından bildirib.

“Bu gün saat 16:56 radələrində 28 nəfər (13-ü kişi, 15-i qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.

Hazırda həmin şəxslərin müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir”, - məlumatda qeyd edilib.

*** 22:11

Tovuzda dönərdən zəhərlənənlərin sayı 20 nəfərə çatıb.

Bizim.Media zəhərlənən şəxslərin adlarını təqdim edir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda kütləvi zəhərlənmə oldu - 6-sı uşaqdır


Bunlar, 3 yaşlı Əli Əliyev, 18 yaşlı Aysu Cəfərova, 46 yaşlı Xatirə Musayeva, 17 yaşlı Ruslan Əmiraslanov, 18 yaşlı Rəvan Eyvazov, 12 yaşlı Ramal Eyvazov, 42 yaşlı Daşdəmir Eyvazov, 6 yaşlı Pünhanə Ələkbərli, 9 yaşlı Emil Kərimli, 7 yaşlı Elif Kərimli, 28 yaşlı Şahanə Əliyeva, 19 yaşlı Aygün Hüseynova, 2012-ci il təvəllüdlü Qədir Yusifov, 1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci il təvəllüdlü Nurəddin Məmmədov, 1991-ci il təvəllüdlü Suqra Abdullayeva, 2009-cu il təvəllüdlü Təhminə Məmmədova və 2008-ci il təvəllüdlü Məmmədəli Hacıyevdir.

Qeyd olunur ki, zəhərlənən qadınlardan biri hamilə olub.

Bizim.Media

Seçilən
13
5
bizim.media

10Mənbələr