AZ

Energetika tariximizdə ilk: 8 Noyabr stansiyası nə qədər enerji istehsal edəcək?

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"COP BAKU" verilişinin növbəti buraxılışında iyunun 24-də istifadəyə verilən və Azərbaycanın ən böyük istilik elektrik stansiyası olan "8 Noyabr" stansiyasının tikintisindən, texniki göstəricilərindən, əhəmiyyətindən və ölkənin enerji sisteminə inteqrasiyasından bəhs olunub.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci il tarixli Sərəncamına əsasən, ölkədə enerji dayanıqlığının təmin edilməsi, artan tələbatın ödənilməsi, əlavə generasiya güclərinin yaradılması, ixrac potensialının artırılması, təbii qaz ehtiyatlarına qənaət və ətraf mühitin qorunması məqsədilə Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində müstəqillik dövrünün ən iri elektrik stansiyasının tikintisinə qərar verilib.

2023-cü il fevralın 13-də Prezident İlham Əliyev və İtaliyanın "Made in Italy" naziri Adolfo Ursonun iştirakı ilə Gülüstan sarayında 1880 meqavat gücündə yeni stansiyanın təməlqoyma mərasimi keçirilib.

Verilişdə qeyd olunub ki, stansiyada istehsal olunacaq elektrik enerjisinin həcmi təxminən 2 qiqavata yaxın olacaq. Layihənin maliyyələşməsi 63 faiz "Azərenerji" ASC-nin daxili vəsaiti, 37 faiz isə "Kapital Bank" tərəfindən illik 4 faizlə verilən 6 illik kredit hesabına təmin olunub. Bildirilib ki, stansiyanın inşası üçün xarici ölkələrdən ümumilikdə 1080 konteyner avadanlıq və material 9 gəmi vasitəsilə ölkəyə gətirilib.

Qeyd olunub ki, mühəndislik baxımından nümunəvi sayılan bu nəhəng layihə cəmi iki il ərzində reallaşdırılıb.

Ətraflı Baku TV-nin süjetində:

Energetika tariximizdə ilk: "8 Noyabr" stansiyası nə qədər enerji istehsal edəcək?

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
oxu.az

2Mənbələr