AZ

İnsan Hüquqları Rusiyadan miqrantların qovulmasına çağırıb


Uşaqları məktəbə getməyən miqrantlar Rusiya ərazisindən qovulmalıdırlar. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev bu kateqoriyadan olan immiqrantları ölkədən çıxarmağa çağırıb, bu barədə qurumun Telegram kanalı məlumat yayıb.
O, Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən Rusiyada 785 593 azyaşlı əcnəbi olduğunu bildirib. Eyni zamanda, onlardan yalnız 192 254 nəfəri təhsil müəssisələrində təhsil alır ki, bu da ümumi sayının 24,5 faizini təşkil edir. İnsan Hüquqları Şurasının rəhbəri vurğulayıb ki, hətta məktəbəqədər uşaqları nəzərə almasaq, hələ də məktəbə getməyən 300 min uşaq olacaq.

Fadeyev xatırladıb ki, Rusiya Konstitusiyasına və Ailə Məcəlləsinə əsasən, valideynlər və qəyyumlar uşaqlarının əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar.

Rusiyada yaşayan 800 min miqrant nəzarət edilən şəxslərin reyestrinə daxil edilib

"Bu qayda bütün valideynlərə şamil edilir, hətta onlar Rusiya vətəndaşı olmasalar belə. Bu qaydalara əməl edilmədikdə, belə valideynlər valideynlik hüququndan məhrum edilə və ya məhdudlaşdırıla bilər", - o deyib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
6
aia.az

1Mənbələr