Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İker Munyain klubsuz qalıb. İspaniya millisinin sabiq futbolçusu “San Lorenso”dan ayrılıb."Football-plus.az" xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi ilə müddəti başa çatan müqavilə yenilənməyib. Qeyd edək ki, “San Lorenso”da 2024-cü ilin yayından çıxış edən Munyain komandada 26 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə verib. İker Cənubi Amerikaya üz tutmazdan əvvəl 2009-24-cü illərdə yetirməsi olduğu “Atletik”də çıxış edib. Onun İspaniya yığmasında yalnız 2 oyun keçirdiyini də xatırladaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.