AZ

Yol kənarında ağaclara su verən texnikalar avtomobillərə təhlükədir?VİDEO

Minik avtomobili yolun sol hissəsində ağaclara su verən texnikaya çırpılır...

Xezereber.az xəbər verir ki, görüntülər səhər saatlarında sürətin saatda 90 km olduğu, Bakı Kənar Dairəvi yolunda baş verib. Həmin qəza anı isə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin kameralarına düşüb. Qəza səbəbindən ''Biləcəri'' dairəsi istiqamətində sıxlıq yaranıb. Nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün əraziyə polis əməkdaşları cəlb edilib. Məlumata görə, hadisə zamanı sürücü xəsarət alıb.

Baş vermiş hadisə texnikalarla yol kənarında işləyərkən təhlükəsizlik qaydalarına niyə əməl edilmir məsələsini aktuallaşdırır. Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, ''Yol Hərəkəti Haqqında'' qanunda da var ki, yollarda müddətindən aslı olmayaraq iş görülərkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir.

Çəkiliş apardığımız zaman belə halla bir daha rastlaşdıq. 8 noyabr prospektində yaşıllıq sahəni suvaran avtomobilin təhlükəsizlik qaydasına əməl etmədiyinin şahidi olduq.

Niyə yol kənarında ağır texnikalarla iş görülərkən müəyyən məsafədə nişan qoyulmur?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
4
xezerxeber.az

1Mənbələr