Məlum olduğu kimi, “Real”ın 26 yaşlı fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe kəskin qastroenterit yaşayıb.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, xəstəlik səbəbindən ABŞ-da xəstəxanaya yerləşdirilməsi zəruri olmuş ulduz futbolçu 4-5 kiloqram civarında arıqlayıb.
Xatırladaq ki, Kilian artıq xəstəxanadan buraxılıb. Futbolçu hazırda pəhriz gözləyir. Hücumçu ancaq meyvə və tərəvəzlə qidalanır, saf su içir. Həmçinin Kilian “qaymaqlılar”ın heyətindən təcrid edilib.
Xatırladaq ki, xəstəliyi səbəbilə Mbappe 2025-ci il FIFA Klub Dünya Kubokunda işitarak edən “Real”a kömək edə bilmir. Kilian “Real”ın, yarışın qrup mərhələsində “Əl-Hilal”la (1:1) və “Paçuka” (3:1) ilə müvafiq olaraq 1-ci və 2-ci tur oyunlarını buraxmalı olub.
Təxmin edilir ki, fransalı futbolçu “Zalsburq”la 3-cü tur oyununda meydana çıxa bilər.