Media Aİ və NATO-nun Tramp üçün nə etdiyini açıqlayıb
Şimali Atlantika Alyansına üzv olan Avropa ölkələrinin dövlət və hökumət başçıları ABŞ prezidenti Donald Trampın dəstəyini saxlamaq üçün təhqirləri qəbul edib, həlimliklə dözüblər. Bu barədə Bloomberg yazır.
NATO-nun sonuncu sammiti iyunun 24-25-də Haaqa Konqresinin binasında keçirilib. Birləşmiş Ştatlar da daxil olmaqla bütün iştirakçı ölkələrin başçıları kollektiv müdafiə haqqında Vaşinqton müqaviləsinin 5-ci maddəsinə sadiq olduqlarını bir daha təsdiq etdilər.
“O [Tramp] yorulmadan danlamasına, alçaltmasına və Şimali Atlantika Alyansının və Avropa müttəfiqlərinin effektivliyini şübhə altına almasına baxmayaraq, qəhrəman kimi qarşılandı”, - məqalə müəllifi qeyd edib.
Onun fikrincə, imkanların 70%-nin ABŞ-ın payına düşdüyü alyansı qorumaq üçün avropalılar rüsvayçılığa dözmək məcburiyyətində qalıblar.
Bundan əvvəl NATO-nun baş katibi Mark Ruttenin İran və İran arasında münaqişənin həlli ilə bağlı müzakirələr kontekstində Trampı ata adlandırdığı bildirilirdi.
aia.az
Tərcümə şöbəsi