AZ

Rusiya XİN: Kiyevə mümkün yardım paketləri yalnız münaqişəni qızışdırır

BAKI, 25 iyun. TELEQRAF

Qərbin Kiyevə ayırdığı yardım paketləri yalnız münaqişəni qızışdırmağa xidmət edir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) təhlükəsizlik məsələlərinə həsr olunmuş illik konfransında çıxışı zamanı bildirib.

"İstənilən yeni yardım paketləri yalnız münaqişəni qızışdırır, Avropa İttifaqının sülh şərtləri ilə bağlı mövqeyi isə sülhün əldə olunmasını, eləcə də avropalıların hər hansı rolunu istisna edir", - diplomat qeyd edib.

Seçilən
14
teleqraf.com

1Mənbələr