Yayın isti günləri olsa da bu küçədə hələ də payızdır... Gedən də narazıdır, gələn də... 5 marşrut xəttinin keçdiyi küçə kanalizasiya çirkabının ağuşunda boğulur...
Xezerxeber.az xəbər verir ki, görüntülər Nizami və Sabunçu rayonlarının kəsişməsindəki Yavər Əliyev küçəsindəndir.
Sürcülər iddia edir ki, iki aydan çoxdur bu küçədən çətinliklə keçirlər.
İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, sözü gedən ünvanda hazırda Avtobol Yolları Dövlət Agentliyi tərəfindən küçələrin asfaltlanması prosesi həyata keçirldiyindən kanalizasiya xəttində tes-tez qəzalar baş verir. O da bildirilib ki, Sabunçu qəsəbəsinin bir hissəsi istisna olmaqla digər hissəsində kanalizasiya şəbəkəsi mövcud deyil.
Qurum tərəfindən dövlət proqramları çərçivəsində mərkəzləşdirilmiş şəbəkənin yaradılması məsələsinə baxılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.