Paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.
Xezerxeber.az xəbər verir ki, söküntü işlərinin nəzərdə tutulduğu təqribi ünvanlara, Binəqədi rayonuda Ağa Nemətulla küçəsi ev 13 və Dəmiryol küçəsi, ev 19, bundan başqa Suraxanı rayonunda yerləşən Xanlar Ələkbərov küçəsi ev 87, Sabunçu rayonu üzrə isə M.Frunze küçəsi ev 16, 6-cı Mədən küçəsi ev 38, Məmmədəliyev küçəsi ev 32 və Babək küçəsi ev 23 aiddir. Görülən işlərlə bağlı sakinlərdən məlumat almaq üçün ünvanlardan birinə üz tutduq. Sabunçu rayon Babək küçəsi 23 ünvanında yaşayan sakinlərin sözlərinə görə, ərazidə artıq 20-dən çox ailə də köçürülüb, kompensasiya da bəllidir, amma sakinləri qane etməyən məqamlar var.
Sakinlərin narazı olduğu digər bir məqam isə artırmaların hesablanmamasıdır.
Tikinti ekspertlərinin sözlərinə görə isə, söküntü işləri Baş Plana əsasən reallaşdırılır. Söküləcək bəzi binaların yerində isə park, yeni yaşıllıq zonalarının salınması nəzərdə tutulur. Qəzalı bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləğinə gəlincə, ekspert qeyd edib ki, əlavə artırmalar belə, nəzərə alınır.
Kompensasiya zamanı dövlət ehtiyacları üçün alınma varsa, 20 faiz əlavə hissə və yaxud məbləğin ödənilməsi ilə bağlı qərar tələb şəklində qoyulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.