AZ

Qafqazın ən güclü ordusu...VİDEO

Azərbaycan Ordusu, güclü, müasir və geniş arsenala malikdir...

Son illərdə modernləşmə proqramları çərçivəsində yeni silah sistemləri və texnikalarla təchiz olunub.

Xezerxeber.az-ın xəbərinə görə, hərbi ekspert Telman Qasımov deyir ki, ikinci Dünya Müharibəsindən sonra baş vermiş müharibələrdə demək olar ki, yalnız bizim ordumuz tam qələbə əldə edib.

Telman Qasımov vurğulayıb ki, Vətən müharibəsindəki qələbədən sonra isə ümumiyyətlə xarici dövlətlər Azərbaycanın hərbi islahatlarına, hərbi sənaye kompleksinə böyük maraq göstərirlər. Belə ki, Azərbaycanda istehsal olunan hərbi məhsullar müxtəlif ölkələrə ixrac olunur.

Ekspert onu da bildirib ki, Azərbaycan ordusu istər döyüşlərdə, istər bir günlük anti-terror əməliyyatlarında gücünü bütün dünyaya nümayiş etdirdi. Rəşadətli ordumuz bu gün Cənubi Qafqazın ən güclü ordusudur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
2
xezerxeber.az

1Mənbələr