ain.az, Axar.az portalına istinadən məlumat yayır.
İspaniya hökuməti müdafiə xərclərini ÜDM-in 2%-i səviyyəsində saxlamaq istədiyini bildirdikdən sonra, bu göstəriciyə əməl etmədiyinə görə onları ikiqat ödəniş etməyə məcbur edəcəm.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Onların vəziyyəti yaxşıdır, iqtisadiyyatları əla vəziyyətdədir və əgər pis bir şey baş versə, bu iqtisadiyyat çökə bilər. Biz İspaniya ilə ticarət sazişi üzrə danışıqlar aparırıq, onları ikiqat ödəniş etməyə vadar edəcəyik. Mən bu məsələyə həqiqətən ciddi yanaşıram", – deyə o Tramp qeyd edib.
Bununla yanaşı, ABŞ prezidenti NATO müttəfiqlərinin müdafiə xərclərini ÜDM-in 5%-i səviyyəsinə qaldırmaq qərarını “möhtəşəm qələbə” adlandırıb.
Tramp həmçinin ABŞ Müdafiə Nazirliyinin əvvəlki adının – “Müharibə Nazirliyi”nin qaytarılmasını təklif edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.