AZ

Bir ailədə iki general…

Xəbər verdiyimiz kimi, general-mayor hərbi rütbəsi verilən hərbçilərdən biri də Elnur Kazımovdur.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Katibliyinin rəisi olan E. Kazımov ailədə bu rütbəni alan ikinci şəxsdir.

Belə ki, yeni general-mayor hərbi prokurorun sabiq müavini Rasim Kazımovun qardaşıdır. R. Kazımovun özü də general-mayor rütbəsi daşıyır.

Qeyd edək ki, Elnur Kazımov uzun illərdir Müdafiə Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən MN-in Satınalma və təchizat idarəsinin rəisi kimi xidmət edib.


Bizim.Media

Seçilən
7
7
bizim.media

8Mənbələr