AZ

Ana yeni doğulmuş körpəsini vəhşicəsinə qətlə yetirib


Almaniyada bir qadın yeni doğulmuş qızını vəhşicəsinə qətlə yetirərək onu dondurucuda divara bağlayıb, Bild xəbər verir.
Nəşrin məlumatına görə, hadisə Heringen (Hessen) şəhərində 2022-ci ilin yanvarından 2024-cü ilin aprelinə qədər baş verib. İstintaq müəyyən edib ki, uşaq doğulandan dərhal sonra onun başına küt əşya ilə zərbələr endirilib, aldığı zərbədən sonra beyin qanaması olub.

Hadisənin baş vermə şəraiti aydınlaşdıqdan dərhal sonra polis körpənin 35 yaşlı anası və onun 40 yaşlı şərikini həbs edib. Lakin istintaq qadının hamiləliyindən xəbərdar olduğunu və doğuşda iştirak etdiyini sübut edə bilmədiyi üçün kişi nəzarətə götürüldükdən ertəsi gün sərbəst buraxılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları uşaqla ananın vəhşicəsinə davrandığı nəticəyə gəliblər. Qadın qızının başına vuraraq onu ərzaq çantasına yığıb və dondurucuda gizlədib.

KİV-in məlumatına görə, təqsirləndirilən şəxs Polşadandır, onun artıq 10 və 14 yaşlı qızları var. Cinayətdən bir müddət əvvəl təqsirləndirilən şəxsin vətəninə köçmək planını açıqladığı bildirilir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
15
aia.az

1Mənbələr