“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Stefano Piolinin istefasına sosial şəbəkədə münasibət bildirib.
Publika.az xəbər verir ki, 40 yaşlı portuqaliyalı futbolçu italiyan dilində qısa mesaj yazıb: “Hər şey üçün təşəkkürlər!”
Stefano Pioli “Əl-Nəsr”i 2024-cü ilin sentyabrında çalışdırmağa başlamışdı və 2024/25 mövsümündə Səudiyyə Ərəbistanı çempionatını komandası ilə üçüncü pillədə başa vurmuşdu.