AZ

İnsan bədənində “Babarın saatı” tapıldı

Medicina saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bioloji saatımız düşündüyümüzdən də çox qədimdir. Əslində, onun iki milyard yarım yaşı var və bir günün cəmi 11 saat davam etdiyi dövrdən aktualdır.

“Medicina” məlumatına görə, Kembric Universitetinin tədqiqatçıları hesab edirlər ki, həyatın gündəlik ritmini tənzimləyən bioloji saatı adlanan saat, vaxt ölçüsü iki yarım milyard il əvvəl, günün 11 saat davam etdiyi vaxtdan işləməyə başlayıb.

Alimlər insan orqanizmində "babanın saatı" adlanan peroksiredoksin (PRX) adlı ferment tapıblar.

Ferment 24 saat tam qaranlıqda da işləyir. Alimlər həyatın ən primitiv formaları olan siçanlar, meyvə milçəkləri, bitkilər, göbələklər, bakteriyalar və hətta təkhüceyrəli arxeyalarda tam eyni PRX dövrünü kəşf ediblər. Genetik analiz göstərir ki, bu fermentin işi 2,5 milyard il əvvəl, proterozoyun lap əvvəlində baş verən Yer atmosferinin tərkibində qlobal dəyişiklik olan Oksigen Fəlakəti zamanı başlayıb.

Alimlərin fikrincə, PRX hüceyrələrdəki oksigen səviyyəsini müvəqqəti artıraraq, fotosintez zamanı hüceyrələri zədələnmədən qoruyub. Bu ferment orqanizmin sağ qalmasına kömək edən primitiv bioloji saata çevrilib. Vaxt keçdikcə saat gün, sutka 11 saatdan 24-ə çatdıqda bleə şərtlərlə uyğunlaşa bildi.

Beləliklə, yuxumuzu və oyanışımızı idarə edən, eyni zamanda sirkad ritmdə pozulmalara səbəb ola bilən bioloji mexanizm daha qədimdir.

Aygün Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr