AZ

Əhalinin NƏZƏRİNƏ! Bunlara MÜTLƏQ RİAYƏT EDİN...

Ölkəmizdə yay mövsümü başlayıb. Məlumdur ki, havalar getdikcə daha da istiləşəcək. Təbii ki, hər bir orqanizmin də istilərə qarşı reaksiyası eyni deyil. Yay aylarında sağlamlığı necə qorumalıyıq? Xüsusilə uşaqlar və yaşlılar üçün isti havalar hansı riskləri yaradır?


Mövzu ilə bağlı tibbi ekspert Adil Qeybullayev Referans-a müsahibəsində bildirib ki, ümumiyyətlə isti havalarda ən qorxulu məsələlərdən biri günvurma və istivurma hadisəsidir. Bakı Xəzər dənizi sahilindədir və çimərliyə daha çox insanlar gedir və xüsusilə saat 12 və 6 arasında çimərlik həddən artıq qorxudur və bu baxımdan da bu saatlarda günvurma və istivurma hadisələri ola bilər. Ona görə də insanlardan diqqətli olmaq tələb olunur. Yaxşı olar ki, həmin saatlarda çimərliyə getməmək, ondan sonra ondan sonra və ya ona qədər, yəni içmərlikdə olmaq məqsəduyğundur. Xüsusilə də çox isti havalarda. Əgər çimərlikdə olarkən uzun müddət günəş şüaları altında dayanmaq qəti məqsədəuyğun deyil. Günəş vannası qəbul edərkən xüsusilə kremlərdən istifadə edilməlidir və bu günəş yanıqları olmasının qarşısını almaq üçündür. Yəni günvurma və isti vurma hadisələri bu dövrün əsas problemlərindən biridir.


Digər məsələlərdən biri isə qidalanmaya bağlı, yəni yay vaxtı daha çox müxtəlif mədə-bağırsaq pozuntuları baş verir ki, bu da qidalanmaya bağlıdır. Amma meyvələr meyvələr sezondan qəbul edilmədikdə onlar daha çox problem yarada bilirlər. Məsələn, daha çox zəhərlənmələr qarpızdan baş verir. Yaxşı olar ki hər bir meyvə öz vaxtında istifadə edəsən, amma təəssüflər olsun ki, bizim ümumiyyətlə qida rasionu tamamilə dəyişmək üzrədi və yeni qida rasionunda, yəni zamanında vaxtında yetişəcək meyvələr xeyli vaxt əvvəldən peyda olur. İnsanlar da nəfsini saxlaya bilmir. Bu da xeyli problemlər yaradır. Bütün bunları insanların gözləməyi tövsiyə olunur.Bu özü də bir həmin bu yay mövsümünün problemlərindən biridir qida toksik infeksiyaları. "Qidaların xarab olmasıyla bağlı yaxşı olar ki, uzun müddət soyuducuda saxlamamaq, ümumiyyətlə çox uzun müddət saxlamamaq mühüm şərtdir. Ona görə ki, qida toksik infeksiyaları bu gün əsas xəstəxanaya düşməyin, ölüm hallarının baş verməsi yay vaxtlarının əsas problemlərindəndir. Əslində, bunların hamısı diqqət mərkəzində olmalıdır", - deyə ekspert qeyd edib.


Şahverdiyeva Elena

Referans  

Seçilən
10
referans.az

1Mənbələr