Bakı. Trend:
Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılışı ölkəninenerji strategiyasının uğurlu nəticəsi olmaqla yanaşı, gələcəyəhesablanmış uzaqgörən siyasətin təzahürüdür. Azərbaycan 2020-ciildə baş verən Vətən müharibəsində qazanılmış böyük Qələbəninşərəfinə adlandırılmış “8 Noyabr” Elektrik Stansiyasının açılışıilə təkcə energetika sahəsində deyil, eyni zamanda milliiqtisadiyyat və təhlükəsizlik sistemində də yeni mərhələyə qədəmqoyur. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər buhadisənin strateji miqyasını tam aydın şəkildə göstərdi: bu,ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi, ixracimkanlarının genişlənməsi və Azərbaycanın regional energetikamərkəzinə çevrilməsi baxımından mühüm addımdır. Dövlətimizinbaşçısının qeyd etdiyi kimi, “8 Noyabr” Stansiyasının istismaraverilməsi bir çox məqsədləri təmin edəcək. Bunlara enerjisisteminin səmərəliliyinin artırılması, potensial, generasiyagücünün artması, eyni zamanda, şərti yanacaq sərfiyyatınınazaldılması və beləliklə, təbii qaza qənaət etmək üçün imkanyaratması və qənaət edilən təbii qazın ixraca yönləndirilməsidaxildir.
Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.
Azərbaycanın enerji siyasətinə toxunan politoloq qeyd edib ki,Azərbaycanın müasir enerji siyasətinin təməli hələ Ulu Öndər HeydərƏliyevin hakimiyyəti dövründə qoyulub.
"Məhz onun rəhbərliyi ilə 1990-cı illərin əvvəllərində dərinböhran şəraitində xarici sərmayələrin ölkəyə cəlbi təmin olundu,“Əsrin müqaviləsi” imzalandı, neft-qaz hasilatı və nəqli üzrəinfrastruktur quruldu. Energetikanın lokomotiv rolunu oynadığı bumərhələ Azərbaycanın gələcək inkişafının təməl daşlarından birioldu. Ulu Öndər Heydər Əliyev Mingəçeviri həmişə Azərbaycaniqtisadiyyatının strateji mərkəzlərindən biri kimiqiymətləndirirdi. Onun təşəbbüsü ilə burada yerləşən “Azərbaycan”İstilik Elektrik Stansiyası illər boyunca ölkənin enerjitəminatında mühüm rol oynadı. Bu gün isə Mingəçevirdə istifadəyəverilən yeni “8 Noyabr” Elektrik Stansiyası həmin enerjisiyasətinin daha güclənməsi və şaxələnməsidir", - o bildirib.
A.Qarayev qeyd edib ki, son 20 ildə isə Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycanda enerji sektoru tamamilə yenidənqurulub.
"Əgər 2003-cü ildə Azərbaycan əsasən daxili tələbatınıqarşılamağa çalışan ölkə idisə, bu gün həm region ölkələrinə, həmdə Avropaya elektrik enerjisi ixrac edən etibarlı tərəfdaşaçevrilib. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi,hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su ElektrikStansiyasının gücü isə 400 meqavatdan çoxdur. Yəni yalnızMingəçevir Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxuistehsal olunur. "8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın müasirmühəndislik imkanlarını və beynəlxalq əməkdaşlıq potensialınınümayiş etdirən bir layihədir. Çin və İtaliya şirkətlərininiştirakı ilə tikilmiş bu stansiya 1880 MVt gücə malikdir və ənmüasir texnologiyalarla təchiz olunub. Bu iki ölkənin şirkətlərinində bu layihədə iştirakı, təbii ki, önəmli hadisədir. Belə ki,Azərbaycanın həm İtaliya, həm Çin ilə strateji tərəfdaşdır. Ticarətdövriyyələrimizə nəzər salsaq, İtaliya Azərbaycanın birnömrəliticarət tərəfdaşıdır, Çin də bu istiqamətdə ön sıralardadır. Həriki ölkə Azərbaycan üçün həm strateji tərəfdaşdır, həm də önəmliticarət tərəfdaşıdır. Bütün bunlar da məhz bu iki ölkəninşirkətlərinin belə bir böyük layihəmizdə iştirakının səbəbləriniizah edir", - o bildirib.
Politoloq qeyd edib ki, ölkəmiz bu gün artıq enerji idxalçısıyox, ixracatçısıdır.
"Bu, sadəcə texniki göstərici deyil, həm də siyasi və iqtisadigüc göstəricisidir. “8 Noyabr” stansiyasının işə salınması iləAzərbaycanın enerji ixrac potensialı daha da genişlənəcək. Yenistansiya təkcə daxili tələbatı ödəməyəcək, həm də Avropa İttifaqıölkələrinə və region dövlətlərinə sabit və keyfiyyətli enerjitəchizatı imkanı yaradacaq. Belə ki, bunun sayəsində ölkəmizdətəbii qazın istifadə qənaət etmək imkanı yaranacaq. Qənaət edilənəlavə təbii qazı isə ixrac etmək imkanımız olacaq. Bu da, öznövbəsində, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəkirolunun daha da yüksəldilməsinə gətirib çıxaracaq", - obildirib.
Onun sözlərinə görə, açılış mərasimində çıxış edən İtaliyanınşirkətlər və “Made in Italy” naziri Adolfo Urso da Azərbaycanlaəməkdaşlıqdan məmnunluğunu ifadə etdi.
"İtaliya üçün də Azərbaycan, təbii ki, çox önəmli tərəfdaşdır.İki ölkə arasında illərdir mövcud olan enerji tərəfdaşlığıgünü-gündən inkişaf etməkdədir. “8 Noyabr” stansiyası da buəməkdaşlığın növbəti istiqamətidir. Adolfo Ursonun da qeyd etdiyikimi, energetika sahəsində İtaliya ilə Azərbaycan arasında olan buinkişaf göz qabağındadır. Bu cür layihələr sayəsində ölkələrarasında digər sənaye və istehsal sektorlarında da əməkdaşlıqinkişaf edir. “Ansaldo Energia” şirkətinin baş icraçı direktoruFabrizio Fabbri də, öz növbəsində, qeyd etdi ki, AzərbaycanRespublikası öz strateji mövqeyi, təbii ehtiyatları və ardıcılenerji siyasəti sayəsində Avropanın enerji təhlükəsizliyindəhəlledici rol oynayır: "Təbii qaz təchizatçısı kimi rolu vəinfrastrukturun modernləşdirilməsi sahəsindəki səyləri Azərbaycanıqlobal enerji əməkdaşlığında əsas oyunçulardan birinə çevirib".Bildiyiniz kimi, “Ansaldo Energia” Azərbaycan ilə işğaldan azadedilmiş ərazilərdə də əməkdaşlıq edir. Orada bu şirkət tərəfindəndörd yarımstansiya avadanlıqla təmin edilib. Fabrizio Fabbri onu daqeyd etdi ki, “Ansaldo Energia” Azərbaycan Respublikasınıninnovasiya yolunun bir parçası olmaqdan qürur duyur. Bu da həmİtaliyanın, həm də İtaliya şirkətlərinin Azərbaycan iləəməkdaşlıqda nə dərəcədə maraqlı olduqlarının və məmnunolduqlarının növbəti göstəricisidir", - o bildirib.
A.Qarayev qeyd etdi ki, Çinin “Dongfang Electric İnternationalCorporation” şirkəti də bu layihədə ən önəmli yerlərdən birinitutur.
"Belə ki, “Dongfang Electric İnternational Corporation” bulayihədə əsas avadanlıq təchizatçısı kimi çıxış edib. Şirkətinİdarə Heyətinin sədri Çen Qianq da çıxışında buna böyük önəmverdiklərini və bunun şirkətə olan etimadın göstəricisi olduğunubəyan edib. Bu şirkət ilə Azərbaycanın enerji sektoru arasındauzunmüddətli və geniş əlaqələr mövcuddur. On beş il əvvəlMingəçevir Su Elektrik Stansiyası üçün əsas hidrogenerasiyabloklarını da məhz “Dongfang Electric İnternational Corporation”təmin edib. İki il əvvəl isə Azərbaycanın ən böyük Günəş enerjisilayihəsində “Dongfang” şirkəti mühəndislik, təchizat və tikintipodratçısı olub. Bütün bunlar Azərbaycanın Çin və Çin şirkətləriilə, eyni zamanda Çinin də Azərbaycan ilə əməkdaşlığa önəmverdiyini təsdiq edir", - o bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında çox mühümbir məqama da toxundu: Vətən müharibəsi dövründə ErmənistanMingəçevirə raket zərbəsi endirməsi.
"Dövlət başçısının da qeyd etdiyi kimi, bunun məqsədi bizimenerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi.Ermənistanın bu addımı da bir daha sübut edir ki, enerjiinfrastrukturu həm də milli təhlükəsizliyin ayrılmaz hissəsidir. "8Noyabr" stansiyası kimi strateji obyektlər yalnız iqtisadi deyil,həm də geosiyasi əhəmiyyət daşıyır", - o bildirib.
Politoloq həmçinin Prezident İlham Əliyevin son günlərdəYevlaxa, Goranboya da səfərlərini xatırladıb.
"Dövlətimizin başçısı Yevlaxda bir sıra açılışlarda, o cümlədənYevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə,Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolununYevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış oldu,Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun,“Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris vəLaboratoriya Mərkəzinin, Mərkəzi Aran Regional SCADA İdarəetməMərkəzinin, Yevlax pilot aqroparkının açılışında, Goranboyda isə“Konstralab Industries” QSC-nin tikinti materialları istehsalımüəssisəsinin açılışında iştirak edib. Ötən gün də Mingəçevirdə "8Noyabr" Elektrik Stansiyasının açılışı Prezident İlham Əliyevinregionlarımızda inkişafa xüsusi diqqətinin növbəti təzahürüdür", -o bildirib.
Bundan əlavə, A.Qarayev bugünkü mürəkkəb geosiyasi böhranlar,enerji münaqişələri və regionlararası qarşıdurmalar fonundaAzərbaycanın energetika sahəsində önəminə toxunub.
"Ukraynada müharibə, Yaxın Şərqdə gərginlik və Avropa bazarındaqeyri-sabitlik enerji məsələsini strateji səviyyəyə qaldırıb. Beləbir şəraitdə Azərbaycanın sabitliyi, təhlükəsizliyi və davamlıinkişafı Prezident İlham Əliyevin uzaqgörən siyasətininnəticəsidir. Azərbaycanın enerji layihələrinə olan marağın artması– istər elektrik enerjisi, istərsə də qaz və yaşıl enerji sahəsində– məhz bu sabit mühitin məhsuludur. Məhz bütün bunların fonundaAzərbaycanın enerji ixrac etdiyi ölkələrin sayı artır, Azərbaycanenerjisinə daha çox ölkə maraq göstərir və Azərbaycan regionun,həmçinin Avropanın enerji təhlükəsizliyində rolunu artırır", - obildirib.
Yekunda A.Qarayev qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyasıtəkcə bir enerji layihəsi deyil – o, enerji müstəqilliyinin,gücünün, Azərbaycanın enerji sahəsində gördüyü işlərin, inkişafınvə eyni zamanda sabitliyin rəmzidir.
"Bu stansiyanın açılışı Prezident İlham Əliyevin liderliyindəaparılan siyasətin parlaq göstəricisidir. Energetika sahəsindəatılan bu addım Azərbaycanın strateji təhlükəsizliyini, iqtisadidayanıqlığını və beynəlxalq nüfuzunu bir qədər də artıracaq. BöyükQələbənin simvolu olan “8 Noyabr” adı bu dəfə enerji sahəsində yenibir qələbənin üstündə əbədiləşdi. Azərbaycanın parlaq gələcəyi isəbu güclü və planlı siyasətin davamında dayanır", - politoloq əlavəedib.