Nigeriya Ordusu ölkədəki üç hərbi bazanın silahlı dəstələr tərəfindən hücuma məruz qaldığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Nigeriya Ordusu sosial şəbəkə “X”dəki rəsmi səhifəsində məlumat yayıb.
“Müxtəlif cinayətkar qruplar tərəfindən 24 iyun tarixində ön cəbhədə yerləşən əməliyyat bazalarına üç ayrı hücum həyata keçirilib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, cavab olaraq əks-hücum tədbirləri görülüb və “onlarla silahlı şəxs zərərsizləşdirilib”.
“Təəssüf ki, bəzi qəhrəman döyüşçülərimiz bu hücumun ağır bədəlini ödəyib…” – deyə açıqlamada vurğulanıb.
Qeyd olunub ki, dörd Nigeriya hərbçisi odlu silahdan yaralanıb və onlara tibbi yardım göstərilir.