Fransa prezidenti Emmanuel Makron Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Sammitində mətbuata açıqlamalar verib.
Avropa ölkələrinin NATO-nun Avropa ayağının strukturlaşması üçün işlərini davam etdirdiklərini bildirən Makron, illərdir Avropanı öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımağa məcbur etdiklərini deyib.
ABŞ-ın illərdir bunu istədiyini və bunun avropalılar üçün də bir zərurət olduğunu vurğulayan Makron, Avropa ordularının gücləndirilməsinin vacibliyinə işarə edib.
Qitənin uzunmüddətli perspektivdə silahlanması lazım olduğunu irəli sürən Makron, Avropanın müdafiə sahəsində sənaye və texnoloji baza inkişaf etdirməli olduğunu bildirib.
Makron Rusiyanın illərdir qitə üçün “təhdid” olduğunu qiymətləndirərək, “Gürcüstan və Krımdan sonra 2022-ci ilin fevralında baş verən hücum bu uzunmüddətli təhlükənin (Rusiya) müəyyən edilməsinə imkan verdi. Sərhədlərimizdə bu təhlükə olduğu üçün hamımız silahlanırıq”, – dedi.
Rusiya-Ukrayna müharibəsinin avropalıların əsas qayğısı olmasını istədiyini ifadə edən Makron, Ukraynada atəşkəsi təmin etmək üçün ABŞ-a ehtiyac duyduqlarını ifadə etdi.
Könüllülər Koalisiyasına daxil olan ölkələrin uzunmüddətli perspektivdə Ukraynaya dəstək verməyə və bu ölkənin ordusunu dirçəltməyə hazır olduqlarını bildirən Makron, avropalıların gələcəkdə içində yaşamaq istədikləri müdafiə çərçivəsi haqqında düşünməli olduqlarını dilə gətirib.
Son illərdə Orta Mənzilli Nüvə Silahları Müqaviləsi (INF) kimi bir çox Soyuq Müharibə razılaşmasının sükuta qərq olduğunu qeyd edən Makron, “Buna görə də biz Qara dənizdən Arktikaya qədər hər bir regionu yenidən düşünməliyik. Nəhayət, özümüzü müdafiə etmək üçün nə qədər irəli getməyə hazır olduğumuzu və etimadı bərpa etmək və Rusiyanın hərbi imkanlarını məhdudlaşdıraraq hansı şərtlərdə dialoq qura biləcəyimizi açıq şəkildə bildirməliyik”.
Makron müdafiəyə daha çox xərcləyəcəklərini deyən NATO ölkələrinin bir-biri ilə “ticarət müharibəsi”nə girə bilməyəcəyini bildirib.
NATO üzvləri arasında ticarət müharibəsinin cəfəngiyat olduğunu vurğulayan Makron, alyans üzvləri arasında ticarət sahəsində sülhün zəruri olduğunu bildirib.
ABŞ prezidenti Donald Trampın NATO-nun 5-ci maddəsi ilə bağlı şərhləri ilə bağlı sualı cavablandıran Makron, “Üzvlərə hücum edilərsə, 5-ci maddə həmrəylik tələb edir, bu mövzuda heç bir tərəddüd olmamalıdır”, – deyib.
NATO-nun kollektiv təhlükəsizliyinin “yalnız Trampın əhval-ruhiyyəsindən asılı olub-olmaması” sualına Makron “Xeyr, belə olmamalıdır. Belə deyil” cavabını verib.
Fransanın müdafiəsi üçün başqalarından asılı olmadığını ifadə edən Makron, “Məncə, Avropanın başqalarından daha az asılı olması üçün daha da güclənməsi lazımdır”, – deyib.
Makron Trampın, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın, İtaliyanın baş naziri Corca Meloni və özünün də “ticarət müharibəsi” məsələsini müzakirə etdiyini bildirib və İran ilə İsrail arasında atəşkəs vəziyyətinin çox axıcı olduğunu qeyd edib.
Makron atəşkəsin davam etməsini istəyib və İranın nüvə proqramı ilə bağlı diplomatik və texniki işlərin yenidən başlamalı olduğunu vurğulayıb.