AZ

NATO-nun Haaqa sammitinun yekunu: Son 30 ilin ən qısa bəyanatı

NATO-nun Haaqa sammitinun yekunu: Son 30 ilin ən qısa bəyanatı

NATO-nun Haaqa sammitinin yekun bəyanatı son 30 ilin ən qısa sənədi olub.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu ilki kommunikenin həcmi ötən ilki sənədin cəmi 10 faizini təşkil edib. Belə ki, 2024-cü ildə Vaşinqtonda keçirilən görüşdən sonra yayımlanan sənəd 5000 sözdən ibarət idisə, bu ilki bəyanatda cəmi 427 söz yer alıb.

Sənəddə ötənilki Vaşinqton bəyanatının 38 bölməsi və çoxsaylı alt bəndləri, 2023-cü il Vilnüs kommünikesinin 90 bəndi, 2002-ci il Praqa bəyannaməsinin 20 bəndi ilə müqayisədə sadəcə 5 bənd yer alıb.

Mətndə Ukraynanın adı iki dəfə, Rusiyanın adı bir dəfə çəkilib, Çin isə ümumiyyətlə qeyd olunmayıb. Əsas vurğulardan biri 2035-ci ilə qədər alyans ölkələrinin hərbi xərclərinin ÜDM-in 2 faizindən 5 faizinə qədər artırılması qərarı olub.

Seçilən
16
afn.az

1Mənbələr