AZ

TƏBİB: Tovuzda dönərdən zəhərlənənlərin sayı 14 ə çatıb FOTOLAR YENİLƏNDİ 3

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tovuzda dönərdən zəhərlənənlərin durumu orta-ağırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir”,- məlumatda bildirilib.

***

19:02

Tovuzda dönərdən zəhərlənən 13 nəfərin kimliyi bilinib.

Teleqraf onların siyahısını təqdim edir:

1 – Xaliq Əliyev (2022)

2 – Aysu Cəfərova (2007)

3 – Xatirə Musayeva ( 1979)

4 – Ruslan Əmraslanov ( 2008)

5 – Rəvan Eyvazov (2017)

6 – Ramal Eyvazov ( 2013)

7 – Daşdəmir Eyvazov ( 1983)

8 – Pünhanə Əkbərli ( 2006)

9- Emil Kərimli (2016)

10 – Elif Kərimli ( 2018)

11 – Səhanə Əliyeva ( 1997)

12 – Aygün Hüseynova ( 2006)

Daha bir nəfərin şəxiyyəti isə dəqiqləşdirilir. Zəhərlənən şəxslərin əkəsriyyəti bir ailənin üzvləri və qohumdurlar.

***

18:53

Tovuzda dönərdən zəhərlənlərin sayı artır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, zəhərlənmə faktı ilə bağlı hazırda 13 Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Faktla bağlı araşdırmalara aparılır.

***

18:30

Tovuzda dönərdən zəhərlənənlərin sayı 12-yə çatıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda müəlicələri davam etdirilir.

***

18:16

Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlar arasında azyaşlı da var, hazırda rayon xəstəxanasında müalicələri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
16
icma.az

10Mənbələr