AZ

Asiya İnkişaf Bankı Orta dəhlizlə bağlı layihələrə qoyulmuş investisiyaların həcmini açıqlayıb

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Orta dəhizin inkişafı ilə bağlı 24layihənin gerçəkləşdirilməsinə 2001-ci ildən bəri 4 milyard dollarayaxın vəsait ayırıb.

Trend xəbər verirki, bunu Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrədepartamentinin baş direktoru Yevgeniy Jukov Pekinda Asiyaİnfrastruktur İnvestisiyaları Bankının illik toplantısıçərçivəsində keçirilən panel müzakirələrinin gedişində deyib.

“Asiya İnkişaf Bankı 2001-ci ildə CAREC Proqramının təsisolunmasından bəri dəhlizin inkişafına investisiya qoyur. Bank CARECProqramı çərçivəsində “Dəhliz-2” in, o cümlədən Mərkəzi Asiya vəCənubi Qafqazda quru yol və dəmir yol infrastrukturunun inkişafıilə bağlı 24 layihənin gerçəkləşdirilməsinə təxminən 4 milyarddollar ayırıb”,- deyə o bildirib.

Onun sözlərinə görə, AİB Orta Dəhlizin/CAREC Dəhliz-2 nininkişafı ilə bağlı bir sıra layihələrdə Asiya İnfrastrukturİnvestisiyaları Bankı ilə əməkdaşlıq edir. Bu layihələrəGürcüstanda Batumi dolama yolu və Xəzər dənizi üzərindən keçəntəklif olunan “Yaşıl Enerji Dəhlizi” üzrə işlər daxildir.

“Orta Dəhliz Avropa ilə Asiya arasında alternativ marşrut rolunuoynayır. Bu nəqliyyat dəhlizi, əsasən, Mərkəzi Asiyada regionaliqtisadi əməkdaşlığın altı dəhlizindən biri olan CAREC Dəhliz-2 iləüst-üstə düşür. AİB bu dəhlizi Asiya ilə Avropa arasında əsas əlaqəhalqası kimi qiymətləndirir. Son dövrlərdə baş verən xarici şoklarTransXəzər nəqliyyat marşrutunun strateji əhəmiyyətini daha daartırıb,” – deyə Jukov vurğulayıb.

Qeyd edək ki, Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan,Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir,sonra Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan və Türkiyəvasitəsilə Avropaya çıxır. Orta Dəhliz daha uzunmüddətli dənizyollarını əvəz edən, Asiyanın şərq bölgələrini, o cümlədən ÇiniAvropa ilə birləşdirən quru marşrutudur.

Məqalədə:
Seçilən
20
1
az.trend.az

2Mənbələr